İnterpress.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədri Ziyad Səmədzadə deyib.
O bildirib ki, noyabrın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daxil olan qanunların müzakirəsinə başlayacaq. Büdcə zərfi dekabrın 6,7 və 8-də parlamentin plenar iclasında müzakirə olunacaq.
İnterpress.az–