Ermənilər “Al Jazeera”nın jurnalistini atəşə tutdularbackend

Ermənilər “Al Jazeera”nın jurnalistini atəşə tutdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Publika.az-a Qətər dövlətinin “Al Jazeera” telekanalının jurnalisti, tanınmış hərbi reportyor Omar Kaşram bildirib.
Aprel əməliyyatlarından sonra cəbhə xəttindən obyektiv reportajlar hazırladığını vurğulayan Omar Kaşram deyib ki, həmin reportajlar “Al Jazeera” telekanalında yayımlanandan sonra ermənilər tərəfindən ona qarşı təhdidlər artıb:

“Ermənistan hökuməti məni “arzuolunmaz” elan edib. Çünki həmin vaxtı mən Azərbaycanın Qarabağ bölgəsində döyüşlər gedən ərazilərdə oldum, reportajlar hazırladım. Hətta, Tərtərdə çəkiliş aparan zaman erməni hərbiçilərinin açdığı atəşə hədəf ola bilərdim. Xoşbəxtlikdən güllə məndən bir neçə santimetr yan keçdi. Apreldə Tərtər bölgəsində oldum, orada erməni hərbiçilərin topdan və raketlərdən atdığı mərmilərin dağıtdığı mülkü evləri gördüm. Ermənilər dinc əhaliyə atəş açırdılar. Aprel döyüşləri zamanı ermənilər cəbhədə bir tank vurmuşdular. Həmin tankı da ilk dəfə xarici jurnalist və “Al Jazeera” telekanalı olaraq çəkib efirə verdik. Bundan az sonra sosial şəbəkələrdə ermənilər tərəfindən hədələyici və təhdid dolu müraciətlər aldım. Ermənilər məni “düşmən” elan ediblər”.

Tanınmış jurnalist qeyd edib ki, Qarabağla bağlı hazırladığı obyektiv reportajına görə Avropa təşkilatları tərəfindən də ona təzyiqlər olunub:

“Bilirsiniz ki, mərkəzi ofisi Brüsseldə yerləşən Avropa Jurnalistlər Federasiyası fəaliyyət göstərir. Aprel döyüşləri sonrası Tərtərdə Qarabağla bağlı hazırladığım reportaj efirə gedən kimi, həmin təşkilatdan “Al Jazeera”ya zəng olunmuşdu. Onlar bizə təzyiq edirdilər ki, ermənilərin Azərbaycanın mülkü əhalisinə və evlərinə açdığı atəşləri göstərən hər hansı kadrı efirə verməyək. Həmin vaxtı “Al Jazeera”nın Dohada yerləşən baş ofisdən də mənə zəng edib Qarabağla bağlı reportajda hər hansı səhvə yol verib-vermədiyimi dəqiqləşdirdilər. Mən də dedim ki, Tərtərdə yalnız gördüklərimi çəkmişəm. Burada heç bir qərəz ola bilməz. Doğrudan da ermənilər Azərbaycanın mülkü əhalisinə atəş açırdılar, evləri dağıtmışdılar. Daha sonra həmin görüntüləri Avropa Jurnalistlər Federasiyasına da göndərdim. Bundan sonra Avropa Jurnalistlər Federasiyası ermənilərin onları da aldatdığını anladılar”.

İnterpress.az