İnterpress.az xəbər verir ki,Türkiyənin məşhur aktrisası Türkan Şoray və Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn Bakıda Xəzər Universitetində olublar. Sputnik xəbər verir ki, sənətkarlara Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının \”Avrasiya Əfsanəsi\” mükafatı verilib. Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və \”Avrasiya Əfsanəsi\”nə layiq görülən ilk qadındır.
Türk aktrisası mətbuata açıqlamasında Bakıya gəlməkdən şad olduğunu deyib:
\”Yenidən bu şəhərdə olduğum üçün çox sevinirəm. Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm\”.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak ediblər.
İnterpress.az