REAL hərəkatının icra katibi Natiq Cəfərli şikayətinin təmin olunmadığın bildirib: “İlqar həbsdə qaldı, şikayət təmin edilmədi. Qorxaqlar!”
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O, 7 il azadlıqdan məhrum olunub. 2014-cü ilin mayında AİHM İlqar Məmmədovun həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılmasına çağırıb. Avropa Şurası Nazirlər Komitəsi 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib.
Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib. Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb. Hüquq müdafiəçilərinin fikrincə, 46-cı maddəyə istinad o deməkdir ki, İ.Məmmədov bundan sonra azadlığa buraxılmasa Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı sanksiya qəbul edə bilər. ( cebhe.info )
İnterpress.az