İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna Paul Manafort ilə qalmaqalın nəticəsi səbəb olub. Malomuj qeyd edib ki, Manafort Tək Yanukoviçin deyil, eləcə də bütün prezidentlərin məsləhətçisi olub.
“Biz bütün prezidentlərin və siyasətçilərin məsləhətçisi Manaforta qarşı hərəkətlərə başladıqdan sonra, yalnız Yanukoviç haqqında söhbət getdi. O məsləhətçi idi.
O, pul qazanırdı. Biz isə dedik ki, o “düşməndir. Əminliklə söyləyirəm ki, Trampın administrasiyası Poroşenko ilə məhz bu səbəbdən görüşdən imtina edir.
Bu münasibət Poroşenkoya qarşı bir təxribatdır. Onların görüşü hətta fevral ayında belə mümkün olmayacaq. Əslində Donald Tramp Ukraynanın dostu sayılır. Lakin Ukraynanın indiki hakimiyyəti amerikanların ürəyincə deyil.”-deyə, Malomuj bildirib.
Xatırladaq ki, eks-kəşfiyyatçı Malomuj vaxtilə qeyd etmişdir ki, Tramp Ukraynada yeni inqilab təşkil edəcək.
İnterpress.az