İnterpress.az xəbər verir ki, nadir bir xərçəng növü səbəbindən ölümün astanasında olan 14 yaşlı bir gənc qızın tələbini məhkəmə qəbul edib. İngiltərədə ilk dəfə olaraq tarixə düşən qərara görə, gənc qızın bədəni öldükdən sonra dondurulmaq üzrə ABŞ-a göndərildi.
Ali məhkəmə ananın, qızının bədəninə nə olacağına qərar verməsinə icazə verdi. Oktyabr ayında vəfat edən qız dondurulma prosesi üçün ABŞ-a aparılıb və burada saxlanacaq.
Adı verilməyən Londonlu gənc qız, xəstəliyinin son aylarını internetdən dondurulma prosesini təhlil edərək keçirmiş. Qərardan əvvəl gənc qızı xəstəxanada ziyarət edən hakim Peter Jackson qərarın \”Dondurulmanın doğruluğu və ya yanlışlığı bağlı olmadığını\” deyib.
İnterpress.az