İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, nümayişçilərin əksəriyyəti Fransada təhsil alan amerikalı tələbələr olub.
Qeyd olunur ki, təxminən 400 nəfərə yaxın olan etirazçılar D.Trampı irqçilik və cinsi ayrıseçkilikdə ittiham ediblər.
\”Paris Tampa qarşı ” ”Trampdan imtina” və s kimi şüarlar səsləndirən aksiyaçılar Eyfel qülləsinə qədər irəliləyib.
D.Trampı populist milyarder adlandıran nümayişçilər yeni prezidentin \”ABŞ-ın Meksika ilə sərhədlərinə divar hördürəcəm” bəyanatına da fikir bildiriblər.
Yeni prezidentin bu fikirlərinə etiraz olaraq nümayişçilər \”Trampın ətrafına divar hörün” sözləri yazılan plakat qaldırıblar.
İnterpress.az