Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, yanğın bu gün günorta saatlarında Şəki şəhər sakini Mehman Əliheydərova məxsus, ümumi sahəsi 70 kv/m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin 1 otağının tavanı 4 kv/m-lik sahədə, 2-ci otağın tavanı 3 kv/m-lik sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az