“Müğənni insanlara Trampın onda insult yaratdığını bildirib”, – deyə musiqi kollektivinin iştirakçılarından biri Qabriel Rot bildirib. O, əlavə edib ki, Cons noyabrın 8-də prezident seçkilərinin nəticələrini izləyərkən insult keçirib. Bundan sonra müğənni hərəkət edə bilməyib.
İnterpress.az xəbər verir ki, müğənninin növbəti gün vəziyyəti daha da pisləşib. Onun yenidən insult keçirdiyi məlum olub. Bu hadisədən sonra müğənni danışa bilməyib və ayın 18-də dünyasını dəyişib.
Məlumata əsasən müğənni xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Cons üç il xəstəliklə mübarizə aparıb. 2013-cü ildə onda ikinci dərəcəli pankreas xərçəngi aşkarlanıb.
Xəstəlik bir müddət sabit vəziyyətdə qalsa da, 2015-ci ildə Consun qaraciyəri və digər orqanlarına xəstəlik yayılıb. (azvision.az)
İnterpress.az