Hazırda Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan keçirilib.
Məhkəmə prosesinin qapalı olması ilə bağlı qərar verilməsə də jurnalistlərin iştirakına yaradılan problemin səbəbi göstərilib.
Saat 11:00-a təyin edilimiş prosesdə prokuror ittiham aktını elan edib. Sonuncu prosesdə ittiham aktının elan olunması yarıda dayandırılmışdı. Bildirək ki, Akif Çovdarov 3 vəkillə müdafiə olunur.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
A.Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır. ( musavat.com )
İnterpress.az