Erməniləri narahat edən qətnamə qəbul olundubackend

Erməniləri narahat edən qətnamə qəbul olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə sessiyada iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, qətnamə səsə qoyularaq qəbul olunub: \”Bu, NATO PA tərəfindən qəbul edilən ən vacib sənədlərdən biridir. Sənəddə suveren ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi qeyd olunur\”.
O əlavə edib ki, sənədin qəbulu Ermənistan nümayəndə heyəti tərəfindən narahatlıqla qəbul olunub.

Qeyd olunan sənəd ötən gün ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsində qəbul olunmuşdu. Ermənistan nümayəndə heyəti sənədə etirazını bildirmişdi.
Bu gün isə sənəd NATO PA-nın sessiyasında qəbul olunaraq PA-nın sənədi statusunu qazanıb.

İnterpress.az