İnterpress.az xəbər verir ki, bu barədə “Trend”ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum sözçüsü bildirib ki, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.
A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər.
İnterpress.az