İnterpress.az xəbər verir ki, Mursi və “Müsəlman qardaşları”nın üzvləri Fələstinin HƏMAS təşkilatının xeyrinə casusluq etməkdə ittiham olunurdu.
Məhkəmə prosesi Misir televiziyası ilə canlı yayımlanıb.
Qeyd edək ki, noyabrın 15-i Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.
Xatırladaq ki, 2014-cü ildə Misir məhkəməsi ölkənin sabiq prezidenti Məhəmməd Mursi və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünə ölüm hökmü verilməsi barədə qərar qəbul edib. (azvision.az)
İnterpress.az