İnterpress.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı 449-a yüksəlib.
Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.
Vergi ödəyicilərinin borcu açıqlamayıb.
İnterpress.az