“Klinton kampaniyası FETÖ təşkilatı tərəfindən maliyyələşdirilib”backend

“Klinton kampaniyası FETÖ təşkilatı tərəfindən maliyyələşdirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fəthullah Gülən (FETÖ) Təşkilatı Hillari Klintonun seçki kampaniyasının maliyyələşdirilməsdə iştirak edib.
“Amerikanın prezidenti Donald Tramp kompaniyasını öz hesabına və gücünə həyata keçirirdi və o, keçmişdə siyasətlə məşğul olmurdu. Lakin, onun rəqibi özünə güvənən, qalib olacağını düşünən təcrübəli siyasətçi idi. Hansı mənbələr onu maliyyələşdirirdi? Türkiyənin mübarizə apardığı- FETÖ. Gülənin təşkilatı Klintonun kampaniyasına ciddi şəkildə dəstək olurdu.”- bunu Ərdoğan İsrail kanalına müsahibə verərkən bildirib.
Bundan əlavə onun sözlərinə görə, prezident seçkilərində Donald Trampın qələbəsi ABŞ-da yeni həyatın başlanğıcı deməkdir.

İnterpress.az