İnterpress.az “Vesti Ru” ya istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən ABŞ-ın keçmiş səfiri Ceyms Cefri, Vaşinqtonda təşkil edilən paneldə çıxış edərkən bildirib ki, Donald Trampın qələbəsi FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ekstradisiyasını sürətləndirə bilər.
“Düşünürəm ki, ABŞ-ın yeni prezident adminstrasiyası Gülənlə bağlı daha sərt mövqe tutur. Əminəm ki, FETÖ liderinin ekstradisiyası üçün Türkiyənin kifayət qədər dəlil və sübutları var”- diplomat qeyd edib.
İnterpress.az