Bakı- Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmirbackend

Bakı- Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda təmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirir ki, verdiyi məlumata görə, bu gün Nərimanov-Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlanıb.

İşlər iki gün davam edəcək. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabrın 8-də start verilib. Əvvəlcə Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanıb və 750 metr uzunluğunda yol qoyulub. Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı, Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa aradan qaldırılacaq.

İnterpress.az