İnterpress.az BBC-yə istinadən xəbər verir ki, hökümət bu addımı mübahisəli təklifin parlamentdə sonuncu səsvermə prosesinə getməsindən qabaq atıb.
Təklif etiraz aksiyaları və beynəlxalq tənqidlərlə qarşılanmışdı.
Tənqidçilər yeni qanunun cinsi zorakılığı qanuniləşdirəcəyini və uşaq evliliklərinin qarşısını açacağını deyib.
BMT orqanları təklifin ölkənin cinsi zorakılıq və uşaq evliliklərinə qarşı mübarizəsini zəiflədəciyini deyərək, höküməti qanunu qəbul etməməyə çağırıb.
Hökümət deyir ki, qanunun məqsədi uşaqların və ya onların ailələrinin qərarı ilə uşaqlara evlənmiş kişilərə bəraət verməkdir.
Tükiyə qanunvericiliyində evlənmə yaşı 18-dən başlayır, amma kəbin bağlamaq şərtilə erkən nikahlar geniş yayılıb.
İnterpress.az