İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, ana və 5 yaşlı oğlu platformada qatarın yolunu gözləyirlərmiş.
Qəflətən relslərin arasına pişik düşür, uşaq ona yardım etmək üçün yanına yaxınlaşır.
Bu zaman \”Belgorod – Moskva\” qatarı 99 km/saat sürətlə Proxorovka stansiyasına gəlib.
Qadın oğlunu xilas etmək üçün özünü relslərin üstünə atıb. O, yerindəcə dünyasını dəyişib.
Uşaq relslərin arasından çıxa bilib. Hal-hazırda uşağın psixoloji vəziyyəti ağır olaraq qalır.
İnterpress.az