Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanılıb – FOTObackend

Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, müştəri müəlliməyə qızın orqan transplantasiyası üçün alındığını söyləyib.

KİV-in məlumatına görə, Qalina Kovalenkonun Ukrayna və rus dili ədəbiyyatı üzrə 20 ildən artıq müəlliməlik stajı var.
“Qalina Kovalenko bir il ərzində 13 yaşlı qızın satışı üçün öz “biznes plan”ını hazırlayıb. O, uşağı uğursuz bir ailədən öz internatına götürüb və daha sonra müştəri axtarıb”, -deyə Avakov vurğulayıb.
Məlumata görə, əməliyyatın özü dörd ay davam edib. Qadın uşağı müştəriyə satıb, pulu alan zaman həbs edilib. Günahı sübut olunacağı təqdirdə onu 12 ilədək həbs cəzası gözləyir.

Müəllimə azyaşlı qızı 10 minə satarkən saxlanılıb - FOTO

İnterpress.az