İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Sərmayələrə Nəzarət İdarəsi (OFAC) “İran Air” aviaşirkətinin sifariş verdiyi 20 milyard dollar dəyərində təyyarə satışına icazə verdiyini açıqlayıb.
Razılıq 2016-cı ilin yanvarında Parisdə imzalanan sazişə əsasən verilib.
Bundan əlavə, “İran Air” aviaşirkəti bu ilin iyun ayında ABŞ-ın “Boeing” şirkəti ilə də əməkdaşlıq müqaviləsi imzalayıb.
Əməkdaşlığa əsasən, İran hava yolları şirkəti ABŞ-dan “Boeing 737” və “Boeing 777” model sərnişin təyyarələri alacaq.
Xatırladaq ki, “Airbus” şirkəti Fransaya məxsus olsa da, istehsal etdiyi təyyarələrin 10 faizi ABŞ-ın payına düşür.
Şirkətin nizamnaməsində də qeyd olunur ki, “Airbus” təyyarələrinin satıldığı ölkələr Vaşinqtonla razılaşdırılmalıdır.
İnterpress.az