İnterpress.az “Hürriyet”ə istinadən xəbər verir ki, pullar köhnə olduğu üçün Çakar nə edəcəyini bilmir.
Şanlıurfadan Adanaya köçən və uşağı olmayan qadınların müalicəsi ilə məşğul olan Zəhra Çakar 6 il bundan qabaq 85 yaşında dünyasını dəyişib.
Onun 46 yaşlı oğlu İbrahim Çakar anasının əşyalarını bir otağa yığıb. Çakara bu yaxınlarda başqa bir evə köçməli olub. Çakarın həyat yoldaşı Cevriyyə əşyaları təmizləyərkən qayınanasının otağına da baş çəkib. Qayınanasının yaşadığı zaman heç kimə toxunmağa icazə vermədiyi yastığı da sökmək qərarına gəlib. Çakar yastığın içindəki yunu çıxararkən bir bezin içərisində milyonlarca liralıq banknot tapıb. Yastıqdan 30 ədəd 1 milyon lirə, 35 ədəd 50 min lirə, 21 ədəd 100 mib lirə, 26 ədəd 250 min lirə çıxıb. Anasından sərvət qaldığına sevinən İbrahim pulların köhnə olduğunu gördüyü üçün təəssüf hissi keçirib.
“Anam yaşadığı vaxt bu pulları bizə vermədiyi üçün çox pis oldum. \”Mənə versəydi, bir iş qurardım, yastığın içində qalmış pullar dəyərini itirib. İndi nə edəcəyimi bilmirəm. Dostlarım mərkəzi banka getməyimi məsləhət görürlər, amma bir faydası olarmı? Uşaqlar pulun bir qismindən özləri üçün oyuncaq hazırladılar”-deyə, Çakar təəssüflə qeyd edib.
İnterpress.az