İnterpress.az xəbər verir ki, hind ordusu bir neçə istiqamətdə Pakistan ordusuna atəş açır. Əməliyyatlar zamanı minaatanlardan istifadə edilir. Rəsmi İslamabad artıq açılan atəş nəticəsində dörd dinc sakinin həlak olduğu, 7 nəfərin yaralandığı haqqında məlumat yayıb.
Qeyd edək ki, son zamanlar Hindistan-Pakistan münasibətləri gərginləşib. Tərəflər arasında atəşkəsin pozulması intensiv hal alıb. Beynəlxalq ictimaiyyət bu böhranın genişmiqyaslı müharibəyə səbəb olacağından qorxur. (musavat)
İnterpress.az