İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Pak Kin Xe-nin 360 ədəd Viaqranın alınması xəbərini təsdiqləyib.
Prezident adminstrasiyasından bildiriblər ki, həblər prezidentin köməkçiləri üçün alınıb. Qeyd olunur ki, hündürlük xəstəliyindən əziyyət çəkən köməkçilər, bu dərmandan dəniz səviyyəsindən bir neçə min metr yüksəklikdə yerləşən Efiopiya, Uqanda və Keniyaya rəsmi səfər zamanı istifadə edəcəklər.
Lakin prezidentin mətbuat katibi tabletlərin hal-hazırda istifadə olunmayacağını qeyd edib. O, həmçinin bildirib ki, Cənubi Koreya həkimləri hündürlük xəstəliyinin öhdəsindən gəlmək üçün Viaqra həblərini məsləhət görüb. Viaqra həblərinin alınması ilə ölkədə qalmaqal yaradaraq gərginliyə səbəb olub.
İnterpress.az