Hərbi təlim üçün ABŞ-dan mütəxəssislər çağırılıbbackend

Hərbi təlim üçün ABŞ-dan mütəxəssislər çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ramzan Kadırov bildirib ki, o, ilkin mərhələdə 200 nəfər ən yaxşı mütəxəssisi dəvət etmək niyyətindədir.
O, həmçinin bildirib ki, artıq ABŞ-dan bununla bağlı 10 ərizə qəbul edib.
“Bu insanlar adla tanınır. Baxarıq. Mən etiraf edirəm ki, ABŞ-da həqiqi mənada öz işini peşəkarcasına bilən, Latın Amerikada, Asiya, Afrikada əməliyyatlarda zəngin təcrübə qazanmış mütəxəssislər var.”- deyə, Kadırov vurğulayıb.
Eyni zamanda, o, ABŞ xüsusi qüvvələrinin hərəkətlərini tənqid edib.
“Əgər söhbət ABŞ-ın xüsusi mütəxəssislərindən gedirsə, başa düşə bilmirəm, onlar Rusiya döyüşçülərinə nə öyrədə bilərlər?ABŞ qüvvələri Çeçenistanda sanksiyaların altına düşür”– deyə, Kadırov bildirib.
Qeyd olunur ki, 2018-ci ilin sonunadək Çeçenistanda xüsusi təyinatlı qüvvələr üçün beynəlxalq təlim mərkəzinin yaradılmasını başa çatdırmaq planlaşdırılır.

İnterpress.az