İnterpress.az xəbər verir ki, Ayətullah Xamenei \”ABŞ-ın İrana sanksiyaları 10 il uzatması nüvə müqaviləsinin pozulması ola bilər. Tehran cavab tədbirləri görəcək\”, – deyə bildirib.
Xameneinin internet saytı vasitəsilə yaydığı bəyanat belədir: \”Vəzifədəki ABŞ rəhbərliyi bir çox vasitə ilə nüvə müqaviləsini pozub. Son olaraq sanksiyaların daha 10 il uzadılması… Əgər bu baş verərsə, yekun nüvə müqaviləsinə qarşı olacağı qətidir. İslam respublikası buna reaksiya verəcək\”.
ABŞ-ın İrana tətbiq etdiyi enerji sənayesi ilə bağlı bəzi sanksiyaların daha 10 il uzadılmasını nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul edilmişdi.
İnterpress.az