Çovdarovun MTN-də işləyən qohumu danışdı: brilyant, ev, pul məsələsibackend

Çovdarovun MTN-də işləyən qohumu danışdı: brilyant, ev, pul məsələsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə şahid qismində \”Riyad\” Mühafizə Xidmətinin rəisi Etibar Qasımov ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini söyləyib.

Məhkəmədən sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov musavat.com-a deyib ki, jurnalistlərin prosesdə iştirakına icazə verilməsi üçün məhkəməyə vəsatət təqdim ediblər. Lakin vəsatət təmin edilməyib.

Məhkəmə prosesində digər şahid İsgəndər Hüseynov ifadə verib. O, Akif Çovdarovun qohumu olub və MTN-də çalışıb. K.Nəsibovun sözlərinə görə, şahid İsgəndər Hüseynov zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə ifadə verib. İsgəndər Hüseynov zərərçəkmişin dələduzluqla məşğul olduğunu, Hindistan vətəndaşlarının brilyantını ələ keçirdiyini söyləyib. Şahid deyib ki, Şahmar Qurbanov həmin brilyantı satmaq istəyərkən ələ keçib.

\”Şahmar başqalarının brilyantını atıb. Eşidəndə ki, Çovdarov tutulub, gəlib Bakıya…\” – deyə Çovdarovun qohumu deyib. Zərərçəkmiş Şahmar Qurbanov şahidin bu sözlərinə etiraz edib.

Musavat.com-a danışan Şahmar Qurbanov deyib ki, şahid Akif Çovdarovun qohumu olduğu üçün yalan danışır: \”İsgəndər Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Əlbəttə, onun xeyrinə ifadə verəcək. Məhkəmədə deyir ki, məni MTN-də Çovdarovun otağına o, aparıb. Sonrakı söhbətlərdən isə xəbəri yoxdur. Məndən 500 min pul alıblar. 380 minlik brilyant alıblar. Əhmədlidə olan evimi də İsgəndərin arvadının adına keçirmişəm. Evimi də alıblar. Sənədləri məhkəməyə təqdim etmişəm. İsgəndəri mənimlə Çovdarov tanış edib. Onun göstərişi ilə brilyantı gətirməyə birlikdə getmişik. Təyyarədə mənim yanımda oturub\”.

Məhkəmədə məlum olub ki, Çovdarovun qohumu olan İsgəndər Hüseynov MTN zabiti olub və hazırda təqaüddədir. O, Çovdarovun yaxın adamı kimi nazirlikdə fəaliyyət göstərib.

Zərərçəkmiş Şahmar Qurbanovun vəkili deyib ki, Çovdarovun qohumu MTN zabiti olduğu zaman maşın alveri ilə məşğul olmasını da məhkəmədə etiraf edib.

Məhkəmə prosesi noyabrın 28-də davam etdiriləcək. ( musavat.com )

İnterpress.az