Qazaxda yük maşını aşıb, xəsarət alan var – VİDEObackend

Qazaxda yük maşını aşıb, xəsarət alan var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, \”Su-15\” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, qumla yüklü \”KamAZ\” markalı maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara zərər vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hazırda yolun qumdan təmizlənməsi üçün işlər aparılır.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az