Deputat “Lider TV”dəki işindən çıxarılıbbackend

Deputat “Lider TV”dəki işindən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı, məşhur telejurnalist, siyasi şərhçi Sahib Alıyev uzun illərdir çalışdığı “Lider” telekanalından çıxarılıb. Bu barədə “Lider TV”-dəki mənbə “Yeni Müsavat”a məlumat verib. Xəbərdə bildirilir ki, Sahib Alıyevin işdən çıxarılmasını rəhbərlik maliyyə poblemlərinin yaranması ilə əsaslandırıb.

İllərdir efirə öyrəşən və efirdən uzaq düşməsini heç cür qəbul edə bilməyən Sahib Alıyevin işdə saxlanması üçün çox cəhdlər etdiyi, hətta maaşsız işləməyə razı olduğu deyilir. Buna baxmayaraq telekanal rəhbərliyi qərarını dəyişməyib. Mənbənin dediyinə görə, S.Alıyevin hətta maaşdan imtina etməsinin vəziyyəti onun xeyirinə dəyişməməsi onun işdən çıxarılmasında başqa hansısa səbəbin olduğunu söyləməyə əsas verir.
Məlumatla bağlı Sahib Alıyevin özünə müraciət etsək də heç bir cavab əldə etmək mümkün olmadı.

Qeyd edək ki, Sahib Alıyev 10 ildən artıqdır “Lider TV”nin siyasi icmalçısıdır. Son illərdə o, “Lider TV”də efirə gedən “Səda-Həftə” proqramını aparıb. Siyasi şərhlərində iqtidarın mövqeyinin qatı müdafiəçisi, müxalifətin isə əleyhdarı kimi çıxışları ilə seçilib.

2010-cu ildə 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərə bitərəf olaraq 95 saylı Tərtər seçki dairəsindən qatılıb və deputat mandatı qazanıb. 2015-ci ildə keçirilən parlament seçkilərində də eyni dairədən bitərəf namizəd kimi seçkiyə qatılıb. Bitərəf kimi seçkiyə qatılmasına baxmayaraq hakimiyyət məhz onu müdafiə edib. Sahib Alıyev ikinci dəfə deputat mandatı əldə edə bilib. 2010-cu ildən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olsa da Sahib Alıyev əvvəlki peşəsindən-siyasi icmalçı və jurnalistlik-dən kənara çəkilməyib. (musavat)

İnterpress.az