Kanadada Azərbaycanla bağlı təqdimat keçirilibbackend

Kanadada Azərbaycanla bağlı təqdimat keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, təqdimat 2016-cı ilin payız semestrində Karlton Universitetində tədris olunan “Qafqaz və Xəzər hövzəsində siyasət” adlı dərs proqramı çərçivəsində təşkil edilib.

Təqdimat çərçivəsində kanadalı tələbələrə Azərbaycanın tarixi, Azərbaycan Xalq Cumhuriyyəti, Qanlı Yanvar hadisələri, ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən enerji layihələri, son illərdə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər, həmçinin Kanada və Azərbaycan arasında ikitərəfli münasibətlər barədə ətraflı məlumat verilib.

Bundan başqa, təqdimatda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub və kanadalı tələbələr Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə üzrə qətnamələri, eləcə də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası barədə məlumatlandırılıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

İnterpress.az