“Anam öldürülməyib”backend

“Anam öldürülməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İslam müsahibəsində bildirib ki, o yayılan xəbərlərdən sonra anasının telefonuna zəng edib, lakin telefonu Gülnarə Kərimova deyil, bacısı İman götürüb. Telefon danışığından sonra Özbəkistanın sabiq prezidenti İslam Kərimovun nəvəsi ictimaiyyətə açıqlamasında bildirib ki, Gülnarə Kərimova və onun qızı İman Daşkənddədir və o özünü yaxşı hiss edir. O, bundan artıq məlumat verməkdən imtina edib.
Qeyd edək ki, daha əvvəl noyabrın 22-i Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovanın öldürülməsi barədə məlumat vermişdik.

Məlumata əsasən 44 yaşlı Gülnara Kərimova noyabrın 5-də zəhərlənərək öldürülüb. Bildirilib ki, o, Daşkənddə yerləşən “Minor” qəbiristanlığında dəfn olunub. Məzarı tanınmaması üçün yerlə-yeksan edilib.

Özbəkistan KİV-lərində G.Kərimova ilə bağlı kampaniya başlayıb. Vətəndaşlar tələb edirlər ki, bu məsələ ilə bağlı müvafiq qurumlar rəsmi açıqlama versin: “Əgər Gülnarə Kərimova sağdırsa, onu ictimaiyyət önünə çıxarın”.

İnterpress.az