Fransız şirkəti İrana təyyarə satmaq üçün ABŞ-dan icazə aldıbackend

Fransız şirkəti İrana təyyarə satmaq üçün ABŞ-dan icazə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dünyanın ən məşhur təyyarə istehsalçısı şirkəti olan \”Airbus\” İrana 20 milyard dollar dəyərində təyyarə satışı gerçəkləşdirəcəyini açıqlayıb. Şirkət rəhbərliyi, satış üçün ABŞ Xəzinə nazirliyindən lazımi lisenziyanın alındığını bildirib.

\”Airbus\” və \”İran Air\” şirkətləri, altılıq ölkələri ilə İran arasında imzalanan nüvə müqaviləsinin yanvar ayında qüvvəyə minməsindən sonra 118 təyyarə ilə bağlı razılıq əldə edib. Mərkəzi Fransada yerləşən \”Airbus\” şirkəti təyyarələrinin 10%-ni ABŞ-da istehsal etdiyi üçün Vaşinqtonun razılığı olmadan İrana mal sata bilmir. (sputnik)

İnterpress.az