77 yaşlı qadın evində yanaraq öldübackend

77 yaşlı qadın evində yanaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az