Minik maşını “Shacman”a çırpıldı – 3 nəfər öldübackend

Minik maşını “Shacman”a çırpıldı – 3 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobilinin dayanan vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılan vəziyyətdə qalan 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:43-də başa çatıb.

İnterpress.az