Surət Hüseynov Türkiyəyə köçübbackend

Surət Hüseynov Türkiyəyə köçüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Surət Hüseynov, biznesinin böyük hissəsini Türkiyəyə köçürüb.
2011-ci ildə anasının vəfatından sonra birdəfəlik Türkiyəyə köçən Surət Hüseynov 2 övladı və nəvəsini də özü ilə aparıb. Bununla da Rusiyadakı iş əlaqələrinə son qoyub.

Mənbənin məlumatına görə, Surət Hüseynovun biznesi, nəqliyyat sahəsi ilə bağlıdır. Belə ki, avtomobil və gəmi biznesi sahəsi ilə məşğul olan bu şəxs işlərindən çox məmnundur.
Digər məlumatda o da qeyd olunur ki, sabiq baş nazir siyasi prosesləri siyasətçi kimi izləmir. Siyasətə heç bir iddiası da yoxdur və 57 yaşında olmasına baxmayaraq idmanla məşğul olur.

İnterpress.az