İnterpress.az \”Life Ru\”ya istinadən xəbər verir ki, Münxettdendə yerləşən məktəbin valideynləri Trampın kiçik oğlunun ilin sonunadək məktəbdə qalıb oxumasına etiraz edirlər. Onların fikrincə, məktəbin təhlükəsizlik sistemi Trampın oğlu üçün yararsızdır.
Qeyd olunur ki, valideynlər birinci xanım Melanya üçün liftin ayrılmasına da qəti etiraz ediblər.
Xatırladaq ki, Trampın mətbuat katibi bu yaxınlarda bildirib ki, Melanya və onun oğlu tədris ilinin sonunadək “Ağ Evə” köçməyəcək.
İnterpress.az