“Mənzillərin aylıq ödənişi 250 AZN keçməməlidir ” – Ramil Osmanlıbackend

“Mənzillərin aylıq ödənişi 250 AZN keçməməlidir ” – Ramil Osmanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bunu İnterpress.az – a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətidir sədri Ramil Osmanlı bildirib.

Təbii ki, biz arzu edirik ki, xüsusi ilə aztəminatlı qrupa aid və faktiki olaraq mənzil şəraiti çox bərbad olan ailələrdə bu imkanlardan yararlansınlar:

“Amma hələlik bu gün qəbul olunan qəraraları sadəcə alqışlamaq lazımdır. Atılan müsbət addım müəllimlərin, şəhid ailələrinin və digər kateqoriyaya şamil olunan vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaqdan ibarətdir”.

Mənzillərin ilkin olaraq açıqlanan qiymətlərindən danışan sədr bildirir ki, açıqlanan məvacib yekun qərar deyil: “Ölçüsündən, otaq sayından aslı olaraq sosial mənzillərin aylıq ödənişi maksimum 250 manat civarını keçməməsi tövsiyyə olunandır. Çünki, məbləğ artıqca ödəmə riskləri də ortaya çıxacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az