İnterpress.az xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, İsraildə tüğyan edən meşə yanğınları ilə mübarizədə yardım üçün Azərbaycan da təyyarə göndərib.
Qeyd edək ki, güclü meşə yanğınları bu həftə İsrailin bir neçə rayonunda eyni vaxtda başlayıb. Yanğın hazırda Yerusəlimin yaxınlığındakı Nataf qəsəbəsi ərazisində daha çox tüğyan edir. Təl-Əviv və Yerusəlim arasında yerləşən Latruna ərazisindəki meşələr və kolluqlar da yanır. Bir sıra rayonlarda fövqəladə rejim elan olunub və əhali təxliyə edilib.
İnterpress.az