İnterpress.az xəbər verir ki, Çində inşa edilən elektrik stansiyasında baş vermiş uçqun nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb. İnsident ötən gün yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə 03.00-da) Fençen dairəsində baş verib.
İnşa edilən soyuducu qüllənin uçması nəticəsində daha iki nəfər xəsarət alıb. Ölənlərdən 68 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Axtarış-xilasetmə əməliyyatında 400 nəfər iştirak edir.(apa)
İnterpress.az