İnterpress.az xəbər verir ki, Əkbər Hüseyni adlı sosial şəbəkə istifadəçisi bu şəkilləri öz səhifəsində yayaraq yazıb ki, onlar uzun zamandır İmam Hüseyn ve Kerbela şehidlerinin adına qurulan meclisleri mescidlerde ve evlerde teşkil ediblər. Ancaq bu gün hemin serhedleri daha genişlendirib, Körpeler evinde balaca fidan balalarla xanım Rüqeyye ve Hezreti Eli Esğer adına gözel bir qem gecesi qurublar.
Məsələ burasındadır ki, qanunvericilik körpələr evində belə əzadarlıq məclislərinin qurulmasına icazə vermir. Azyaşlılar arasında dini təbliğat üçün mütləq valideynindən icazə alınmalıdır. Körpələr evinin aid olduğu icra hakimiyyəti orqanının da mütləq icazəsi olmalıdır.
Bəs bu məclis hansı körpələr evində keçirilib? Şəkilləri yayan Əkbər Hüseyni ilə əlaqə saxlamaq istədik, görüşməyə razılıq verməsə də, telefonda diqloqumuz belə başladı.
Yaxşı keçək onda başqa mətləbə. Əkbər Hüseyni iddia edir ki, o dini qurumlarla işləyən bir idarənin əməkdaşıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, onlarım əməkdaşları ümumiyyətlə körpələr evində dini təblığatla məşğul olmurlar.
Daha sonra isə Əkbər deyir ki, bunu Allah üçün edir. Yəniki hansısa qayda qanuna ehtiyac duymur.
Son olaraq isə dini təbliğatla məşğul olan bu şəxsin hədsiz aqressiv və kobud cavablar verməsidir. Bu şəkillərin altına şərh yazan uşaq psixoloqu Elnur Abdullayev deyir ki, uşaqlarin belə məclislərdə iştirakının düzgün olmadığını əsaslandıranda Əkbərin hədə qorxuları və təhqirləri ilə qarşılaşıb.
Qanunları pozmaq bir yana, əcəb etməkdənsə, ədəb etmək isə daha yaxşı olardı.
İnterpress.az