Ölümünə bir neçə ay qalsa da, gəlin oldubackend

Ölümünə bir neçə ay qalsa da, gəlin oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hər ikisi 17 yaşda olan Kallumla Emberin nikah mərasimi İngiltərənin Bristol şəhəri yaxınlığındakı Bişopuorz şəhərciyində yerləşən \”St Peter\’s Church\”də (\”Müqəddəs Pyotr kilsəsi\”) olub.
Toy isə şəhərdəki \”Arnos Manor Hotel\”də idi.
Ember Sleynhelm ölümcül xəstədir. Onun diafraqmasında aşkarlanmış xərçəng şişi artıq beyninə sirayət edib. Həkimlərin dediklərinə görə, Emberin cəmi bir neçə ay ömrü qalıb.
Həyatının arzusunu reallaşdırmaq və Kallumla ailə qurmaq üçün Ember xəstəliyə məğlub olmaq niyyətində deyildi.
Kallumla Ember internetdə elan verərək toy üçün pul toplamaq fikrində olduqlarını yazdılar. Bu minvalla onlar təqribən 6 min funt-sterlinq ianə topladılar.
Kallumun anası, 38 yaşlı Viki Bişop deyib: \”Oğlum Emberi çox sevir. Onları bir-birlərindən ayrı təsəvvür etmək mümkün deyil\”.
Ember bəxtəvər olduğunu söyləyib.
\”Həyatımın bitməsinə az qaldığını bilirəm. Ölümümədək olan zamanı artıq bəxtəvər yaşayacağam. Çünki artıq ailəm var\”- Ember deyib. (milli.az)

İnterpress.az