İnterpress.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Yunker bildirib ki, Obamanın Rusiyanı regional dövlət kimi xarakterizə etməsi böyük səhv idi.
O qeyd edib ki, Avropa Birliyi Rusiyanı partnyor kimi qəbul etməlidir.
“Lakin Rusiyaya qarşı sanksiyaların aradan götürülməsi üçün arqument yoxdur. Bununla belə, Rusiya ilə Avropa Birliyi arasında çərçivə sazişi üçün razılaşma olmalıdır”.
Yunkerin fikrincə, Rusiyasız Avropada təhıükəsizliyi təmin etmək mümkün deyil.
“Biz Rusiya haqqında dərin bilməliyik. Amma biz bu haqda heç nə bilmirik”.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 2014-cü ilin mart ayında Rusiyanı regional dövlət adlandırıb.
“Rusiya öz qonşularının bəzilərini hədələyir. Amma bu gücdən deyil, zəiflikdən irəli gəlir”-deyə Obama bildirmişdi.(modern)
İnterpress.az