“Oil and İndustry” jurnalının təqdimatı olubbackend

“Oil and İndustry” jurnalının təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ Oil and İndustry” jurnalının təqdimatı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili Məlahət Həsənova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ali məktəblərin və KİV-lərin nümayəndələri, baş redaktorlar, jurnalistlər, eləcə də univeristetin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Mustafa Babanlı “Oil and İndustry” jurnalının universitetin ictimai həyatında mühüm rolu olduğunu deyib.

“ Universitetimizin həmişə mətbu orqanı olub, lakin bu ildən artıq ADNSU-nu yeni formatda təqdim etmək qərarına gəldik. “Oil and İndustry” jurnalı son dörd-beş ayın məhsuludur. Universitetimizin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentini yaratmqla yeni mətbu orqanımızın da əsasını qoymuş olduq. Bu bizim üçün olduqca qürurverici haldır”-deyə rektor, professor M.Babanlı bildirib.
Çıxış edən millət vəkili M.Həsənova univeristet daxilində belə bir mətbuat orqanının olmasını yüksək qiymətləndirib. Müasir günümüzdə infomrasiyanın və mətbuatın böyük rolu olduğunu qeyd edən millət vəkili jurnalın ərsəyə gəlməsində xidməti keçən yaradcı heyətə təşəkkürünü bildirib.

“Bu jurnalın müasir informasiya bazarında mühüm əhəmiyyətli yer tutacağına inanıram. Ümid edirəm ki jurnalın tələbə gənclərin yaradıcılıq qabiliyyətinin formalaşmasında və maariflənməsində də böyük rolu olacaq”-deyə millət vəkili bildirib.
Daha sonda çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Ə.Amaşov “Oil and İndustry” jurnalının Azİİ-nin keçmiş şöhrətinin qaytarılması yolunda atılan vacib amil hesab etdiyini deyib. “Jurnalda elmi nailiyyətlər, müsahibələr, ölkədə baş verən sənaye xəbərləri yer alır, hesab edirəm ki, bu jurnal elmi jurnalistikanın inkişafında xüsusi rol oynayacaq. Jurnalda diqqətimi çəkən məqamlardan biri də məqalələrin iki dildə, ingilis və Azərbaycan dillərində olmasıdır ki, bu da təqdirəlayiq bir haldır. Demək mühüm xəbərlərlə yanaşı həm də ingilis dilini öyrənmək istəyənlər və dil biliyini zənginləşdirənlər üçün də xüsusi əhəmiyyətli olacaq”-deyə Ə.Amaşov bildirib.
Tədbirdə “ Oil and İndustry” jurnalının dərc olunan iki sayı iştirakçılara təqdim olunub. Jurnal haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Qafqazın ilk neft təmayüllü Ali təhsil ocağı ADNSU-nun mətbuat orqanı olan “Oil and İndustry” jurnalı 2016-cı il oktyabr ayından nəşr olunmağa başlayıb. Ayda bir dəfə nəşr olunan 80 səhifəlik jurnal iki dildə, Azərbaycan və ingilis dillərindədir. Jurnalda Universitet və tələbə həyatı haqqında məqalələrlə yanaşı həmçinin, Azərbaycanda eləcə də dünyada neft, sanaye və iqtisadiyyat sahəsindəki mühüm xəbərlər, müəllif məqalələri, araşdırmalar, müsahibələr dərc olunur. “Oil and İndustry” jurnalı təkcə univeristet səviyyəsində deyil, həmçinin ölkə miqyasında geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.