İnterpress.az xəbər verir ki, bu barədə \”Frans Press\” xəbər agentliyi məlumat verilib. Sağ qalanların heyət üzvü və ya sərnişin olduğu dəqiq deyil.
Lakin mülki aviasiyanın polkovniki qəzadan daha çox insanın xilas ola biləcəyini bildirib. Belə ki, təyyarə partlamayıb, sadəcə iki hissəyə ayrılıb.
Təyyarədə “Fox Sports”un jurnalistlərinin də olduğu bildirilir.
Qəza zamanı sağ qalanları götürməli olan helikopter əlverişsiz hava şəraitinə görə geri qayıdıb.
Hazırda hadisə yerində təcili tibbi yardım işçiləri və xilasedicilər çalışır.
İnterpress.az