İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, veriliş qadına qarşı zorakılığı normallaşdırmaqla günahlandırılıb.
Qadın zorakılığı ilə beynəlxalq mübarizə günündən iki gün əvvəl yayımlanan canlı verilişdə makiyaj ustası modelin üzündəki saxta göyərməni makiyajla necə gizlədəcəklərini gülümsəyərək izah edib.
Verilişin sonunda, makiyaj ustası bu sözləri deyib: \”Ümid edirik ki, bu gözəllik məsləhətləri gündəlik həyatınıza davam edə bilməyinizə köməkçi olur\”.
Proqram xüsusilə ictimai mediada tənqidlərə məruz qalıb. Edilən şərhlərdə, xüsusilə bu hissənin qadına istiqamətli şiddətin normal hal kimi qəbul olunması tənqid edilib.
Kanaldan və proqramdan üzr gözləyən minlərlə qadın internetdə imza kampaniyası başladıb. Kampaniyanın səhifəsində \”Zorakılıq gizlədilməyə çalışılmamalı, şiddət tətbiq edən həbsə atılmalıdır\” tipli şüarlar qeyd edilib.
İnterpress.az