İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Hiruttani şəhərində bir çox adam, eynilə 28 yaşındakı Rupanın (fotoşəkildəki adam) etdiyi kimi saçlarını qırxdırıb. Kəsilən saçlar Thiruthani Murugan məbədində tanrılara əhd olaraq təqdim ediləcək.
Məbədlərin yığdığı saçlar isə daha sonra hərraca çıxarılır və Qərb ölkələrinə satılan saç qaynaqlarının istehsalında istifadə edilir.
İnterpress.az