Bəs smart tipli sayğaclarda hesablama necə aparılacaq?
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məsələ ilə bağlı açıqlama verib.
Qurum rəsmisi deyib ki, narahatlıq üçün heç bir əsas yoxdur, sistem yeni tariflərə uyğunlaşdırılacaq: “Abonent smart tipli sayğaca pulunu köçürəcək. 1500 kuba qədər köhnə qiymətlə qəbul ediləcək. Yəni il ərzində qaz kartına yüklənən 1500 kub metrədək (150 manatadək) qaza görə hər kub metr 10 qəpikdən hesablanacaq. 1500 kubdan sonra isə yeni qiymətlə- 20 qəpikdən hesablanacaq. Sayğaclar özü bunu tənzimləyəcək”. ( modern.az )
İnterpress.az