Putin Avropada iri addımlarla İRƏLİLƏYİRbackend

Putin Avropada iri addımlarla İRƏLİLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Avropa İttifaqında və Amerikada Putinə dost 7 ölkəni və orada fəaliyyət göstərən siyasi gücü təqdim edir.

1.FRANSA. Sağ mərkəzçi Fransua Fiyonun Fransada praymerizdə qələbəsi sayəsində Putinə dost olan prezident 2017-ci ilin iyun ayında Yelisey sarayında məskunlaşa bilər. Fiyon Rusiyanı Avropa nın önəmli partnyoru sayır və NATO-nu Rusiya sərhədlərinə qədər genişlənməklə bu ölkəni qıcıqlandırdığnıı deyir. Fransa prezidentliyinə namizəd sanksiyaları aradan qaldırmaq, İŞİD-ə qarşı birgə koalisiya yaratmağı nəzərdə tutur. Onun əsas rəqibi Marin Le Pen də Kremlə dost münasibət bəsləyir. Onun “Milli Hərəkar” partiyası 2014-cü ildə Moskva banklarından birindən 9 milyon avro kredit almışdı.

2.ESTONİYA. Estoniyada hökumətin formalaşdırılması “Mərkəzçi Partiya”ya tapşırılıb. Həmin partiyanın sədri Yuri Ratas Rusiyaya isti münasibətini gizlətmir və etnik rusların geniş dəstəyini qazanıb.

3.BOLQARISTAN. Keçən həftə bu ölkədə keçirilən prezident seçkilərində rusyönümlü namizəd Rumen Radayev Rusiyanın üzərindən sanksiyaların götürülməsini və əlaqələrin bərpa olunmasını təklif edir.

4.MOLDOVA. Yeni prezident İqor Dodon moldovanların Rusiya ilə dostluğa səs verdiyi və Avropa Birliyi ilə münasibətlərdə neytral qalacaqlarını deyib. O, qərbyönümlü parlamentdən azad olmaq üçün 2017-ci ildə yeni seçkilərin keçiriləcəyini də deyib.

5.ABŞ. Putinin ünvanına kifayət qədər tərifli sözlər deyən Donald Tramp ABŞ siyasətində Moskvaya qarşı yumşaq yanaşma sərgiləyəcək şəxs kimi tanınır.

6.HOLLANDİYA. Bu ölkə vətəndaşları Ukrayna ilə Avropa Birliyi arasında assosiativ üzvlüklə bağlı razılaşmaya qarşı çıxdı. Referendum Rusiyanın maraqlarına cavab verən nəticə ilə sonuclandı. Digr tərəfdən rəy sorğularına görə ən populyar partiyalardan sayılan “Azadlıq Partiyası” və onun lideri Gert Vilders Putinin fəaliyyətini müsbət qiymətləndirir.

7.YUNANISTAN. Afina və Moskvanın Balkan regionunda ortaq maraqları var. Yunanıstan baş naziri Aleksis Tsıpras Moskvanıölkəsinin “ən vacib müttəfiq”i adlandırmışdı. Ötən il Putinin rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi müqavilələr imzalanmışdı.

8.MACARISTAN. Bu ölkənin baş naziri Viktor Orban da Moskva ilə geniş kommersiya əlaqələrinin tərəfdarıdır. O, yaxınlarda Rusiya investisiya hesabına tikilən AES-də inşaat zamanı sanksiyaların tezliklə ləğv olunmalı olduğunu deyib. (modern.az)

İnterpress.az