“Azəriqaz” tariflərə görə sayğacları dəyişdirəcək?backend

“Azəriqaz” tariflərə görə sayğacları dəyişdirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan sonra vətəndaşı narahat edən ilk və tək sual qərarın necə icra olunmasıdır. Vətəndaşların dili ilə desək nədən biləcklər ki, 1500 kub yandırıb ödənişi 10 qəpik etməlidir. Bəs yaxşı abonet istifadə etdiyi qazın yeni qiymətlə – 20 qəpik yandırdığını necə müəyyən edəcək? Hər qiymətə görə sayğacı dəyişməkmi lazımdır?

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev İnterpress.az-ın sualına cavab olaraq bildirir ki, istər smart, istərsə də mexaniki sayğaclarda saldo var: Saldoda abonentin sərf etdiyi qazın həcmi, ödədiyi məbləğ və tarix öz əksini tapır. Əgər vətəndaş əmin olmaq istəyirsə bu zaman “ASAN xidmət” Mərkəzinin və “Azəriqaz”ın satış departamentinə yaxınlaşıb məlumat əldə edə bilər:.

Qeyd edək ki, smart tipli sayğaclarda 1500 kub 150 manatdır. İstifadə edilən qazın həcmi 150 kubu keçdisə, növbəti sərf edilən qazın hər kubuna görə 20 qəpik hesablanacaq. Bu avtomatik olaraq hər bir abonentin saldosuna uyğun həyata keçiriləcək. Yəni sayğaclara hər hansı müdaxilə olumayacaq..

Gülşanə Mustafayeva
İnterpress.az