İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Açıqlamada bildirilir ki, İŞİD əleyhinə kontentlər daha çox yayılmağa başlayıb və şəbəkə artıq terrorçuların öz sıralarına adam cəlb etməsi üçün etibarlı deyil.
Qeyd edək ki, terrorçuların sosial şəbəkələrdə apardığı təbliğatın qarşısını almaq üçün son il ərzində bir sıra addımlar atılıb. ABŞ hökumətinin nümayəndələri bu mövzuda “Twitter”, “Facebook”, “Google” təmsilçiləri ilə dəfələrlə görüş keçiriblər. (lent.az)
İnterpress.az